Liseylərdə STEM dərslərin tədris olunmasının elmi və praktik əhəmiyyəti
Məlumdur ki, yaşadığımız XXI əsr texnologiyalar əsridir. Bu əsrin xüsusiliyi mürəkkəb problemlərin sinergetik yanaşma metodu ilə həll edilməsindən ibarətdir. Həmin yanaşma metodlarından biri də STEM proqramıdır. Bu proqram üzrə keçirilən dərsdə şagirdlərin fizika, kimya, biologiya, riyaziyyat, texno...
Gespeichert in:
Veröffentlicht in: | Azərbaycan Məktəbi 2018-03, Vol.2018 (3), p.9-18 |
---|---|
1. Verfasser: | |
Format: | Artikel |
Sprache: | tur |
Schlagworte: | |
Online-Zugang: | Volltext |
Tags: |
Tag hinzufügen
Keine Tags, Fügen Sie den ersten Tag hinzu!
|
Zusammenfassung: | Məlumdur ki, yaşadığımız XXI əsr texnologiyalar
əsridir. Bu əsrin xüsusiliyi mürəkkəb problemlərin sinergetik
yanaşma metodu ilə həll edilməsindən ibarətdir. Həmin yanaşma
metodlarından biri də STEM proqramıdır. Bu proqram üzrə
keçirilən dərsdə şagirdlərin fizika, kimya, biologiya, riyaziyyat,
texnologiya, mühəndislik üzrə bilik və bacarıqlarının eyni zamanda
əldə edilməsi mümkündür. Bu tip dərslər xarici ölkələrin təhsil
sistemində uğurla həyata keçirilir. STEM proqramı üzrə təhsil
alan universitet məzunları STEM peşələrinə yiyələnir. Məqalədə
STEM proqramının üstünlüyündən, onun liseylərdə tətbiqinin
vacibliyindən və bu proqramın tədrisinin mərhələlərindən bəhs
edilir. Göstərilir ki, lisey şagirdləri müəyyən elmi potensiala və
məntiqi baxımdan hərtərəfli düşünmə qabiliyyətinə malikdir.
Ona görə də liseylərdə STEM dərslərin keçirilməsi daha çox
məqsədəuyğundur. Bu zaman lisey şagirdləri 2 və ya 3 elmə aid
bilikləri eyni zamanda və kompleks şəkildə əldə edə bilər. STEM
proqramı ilə keçirilən dərslər zamanı şagirdlər hər hansı
tapşırıqları hazırlayarkən həmin tapşırıqların həllinə sinergetik
yanaşaraq bilik, bacarıq və təfəkkürün bütün formalarını dərindən
inkişaf etdirirlər. Müəyyən olunmuşdur ki, liseylərdə tətbiq
olunan STEM dərslər şagirdlərdə özünütəşkil prinsiplərini
aşılayaraq düşdüyü çoxvariantlı vəziyyətlərdə düzgün mülahizə
yürütmək bacarığını inkişaf etdirir. Bu məqalədə STEM dərslərinin
tədrisi mərhələləri, bu mərhələlərdə müəllimin tutacağı mövqe
və STEM proqramı ilə keçirilən dərs nümunələri pedaqoji
baxımdan ətraflı təhlil olunmuşdur. |
---|---|
ISSN: | 0134-3289 2617-8060 |
DOI: | 10.32906/AJES/683.2018.02.14 |