İkidilli təlimdə dərslik yaradıcılığı və tədrisin təşkili problemləri
Elm və Təhsil Nazirliyinin qərarı ilə son üç ildə tədrisi qeyri-dövlət dillərində aparılan Azərbaycan məktəblərində ikidilli təlimin tətbiqi üzrə pilot layihələri tətbiq edilir. Cari dərs ilindən isə təlim qeyri-dövlət dillərində aparılan respublika məktəblərinin hamısında “Azərbaycan tarixi” fənnin...
Gespeichert in:
Veröffentlicht in: | Azərbaycan Məktəbi 2024-04, Vol.2024 (4), p.38-44 |
---|---|
1. Verfasser: | |
Format: | Artikel |
Sprache: | aze |
Schlagworte: | |
Online-Zugang: | Volltext |
Tags: |
Tag hinzufügen
Keine Tags, Fügen Sie den ersten Tag hinzu!
|
Zusammenfassung: | Elm və Təhsil Nazirliyinin qərarı ilə son üç ildə tədrisi qeyri-dövlət
dillərində aparılan Azərbaycan məktəblərində ikidilli təlimin tətbiqi
üzrə pilot layihələri tətbiq edilir. Cari dərs ilindən isə təlim qeyri-dövlət
dillərində aparılan respublika məktəblərinin hamısında “Azərbaycan
tarixi” fənninin dövlət dilində tədrisinə başlanılıb. Bu fənn üzrə dərsliyin
şagirdlərin istifadəsinə verilməsi, növbəti illərdə ikidilli təlimin digər
məktəb siniflərini, eləcə də Azərbaycan ədəbiyyatı, coğrafiyası,
mədəniyyəti ilə bağlı bir sıra başqa fənləri əhatəetmə perspektivi ikidilli
təlimin mahiyyətini, bu təlim modelinə dair müasir linqvodidaktik və
etnopsixoloji tələbləri dərindən öyrənməyə və onun ölkəmizin təhsil
sistemində geniş tətbiqinə şərait yaradıb. Məqalədə ölkəmizin təhsil
sistemində aparılan struktur, strateji inkişaf və məzmun dəyişiklikləri
kontekstində ikidilli təlimin qanunvericilik, elmi-metodiki və tədris
resursları bazalarının yaradılması istiqamətində təklif irəli sürülür, ikidilli
təlim üçün münbit yaş dövrlərində, təhsilin ayrı-ayrı pillə və
səviyyələrində rast gəlinən və gözlənilən çətinliklər sadalanır, onların
həlli yolları barədə konkret tövsiyələr verilir. İkidilli təlimdə
müvəffəqiyyət qazanmaq üçün təlim qeyri-dövlət dillərində aparılan
məktəblərdə 1-ci sinifdən başlayaraq, rus və ya ingilis dili ilə yanaşı,
Azərbaycan dilinin tədris dili kimi tətbiqinin vacibliyi vurğulanır. |
---|---|
ISSN: | 0134-3289 2617-8060 |
DOI: | 10.30546/32898065.2024.4.109 |